Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 23-ci iclasında, gündəlik neft hasilatının gələn ilin yanvarında 400 min barrel artırılmasına dair qərar qəbul edilib.
Bizim.Media Energetika Nazirliyinə istinadən xəbər verir ki, sözügedən qərara Azərbaycan da qoşulub.
MÖVZU İLƏ BAĞLI:
“OPEC+” yeni ştamın yayılmasından sonra iclaslarını təxirə saldı
Qeyd edək ki, “OPEC plus” un bu razılaşmasında yanvara planlaşdırılan növbəti iclasa qədər pandemiyanın inkişafının və onun bazara təsirllərinin diqqətlə izlənilməsi, zərurət yaranacağı təqdirdə dərhal mövcud qərara düzəliş edilməsi də vurğulanır.
Bizim.Media