Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin sədrliyi ilə dekabrın 1-də keçirilən üçtərəfli işçi qrupun iclası yaxın vaxtlarda davam etdiriləcək.
Bizim.Media “Armenpress”ə istinadən xəbər verir ki, bu haqda məlumatı Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisi yayıb.
Mənbə “Hələlik görüşün nəticəsi yoxdur” açıqlamasını verib.
“Nəticələr barədə yalnız növbəti iclasdan sonra danışmaq mümkün olacaq”, - deyə ofisdən bildirilib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da mövzu ilə bağlı “Azadlıq” radiosuna müsahibə verib.
Onun sözlərinə görə, hələlik ümumi razılığı formalaşdırmaq mümkün olmayıb:
“Amma hesab edirəm ki, iş davam edir və gələcəkdə görüşlərin keçirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, Ermənistan heç bir dəhliz məsələsini müzakirə etməyib və müzakirə etməyəcək”.
Gömrük məntəqələrinə gəlincə, Armen Qriqoryan bildirib ki, Azərbaycan Ermənistana qarşı kompromis addım atsa, o zaman sərhəd-keçid məntəqəsinin bütün qanunvericilik tələbləri yerinə yetiriləcək. Bu, Ermənistanın blokadanın açılmasına yanaşmasıdır”.
O, qeyd edib ki, humanitar məsələ qeyd olunanda hər kəsin ağlına hələ də həllini tapmayan hərbi əsirlər düşür.
Onun sözlərinə görə, biz görməliyik ki, bu məsələdə hansı irəliləyiş olacaq.
Anklavlar məsələsinə toxunan Qriqoryan bildirib ki, əvvəlcə anklavların olub-olmadığını öyrənmək lazımdır:
“Bizim bütün araşdırmalarımız göstərir ki, hüquqi əsasda anklavdan söhbət gedə bilməz, biz bu məsələni araşdırırıq. Ola bilsin ki, vaxtilə icma rəhbərləri hansısa qərar veriblər, amma bunun hüquqi əsası yoxdur”.
Bizim.Media
- A-
- A
- A+
Region
16:22 / 02.12.2021
Moskvada baş nazir müavinlərinin görüşü başa çatdı – ERMƏNİLƏR DƏHLİZƏ “YOX” DEDİ
Hazırda oxunan: Moskvada baş nazir müavinlərinin görüşü başa çatdı – ERMƏNİLƏR DƏHLİZƏ “YOX” DEDİ
Hazırda oxunan: Moskvada baş nazir müavinlərinin görüşü başa çatdı – ERMƏNİLƏR DƏHLİZƏ “YOX” DEDİ
48762
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.