Zakir Həsənov erməni həmkarı ilə delimitasiya komissiyasına rəhbərlik edəcək - “Past” qəzeti

Hazırda oxunan: Zakir Həsənov erməni həmkarı ilə delimitasiya komissiyasına rəhbərlik edəcək - “Past” qəzeti

48685

Noyabrın 26-da Soçidə baş tutan üçtərəfli görüşdən sonra Ermənistan-Azərbaycan dövlət sərhədinin müəyyən edilməsi, daha doğrusu, delimitasiyası və demarkasiyası üçün yaxın vaxtlarda müvafiq komissiyanın yaradılacağı bəlli olub.

Bizim.Media “Past” qəzetinə istinadən xəbər verir ki, ilkin razılaşmaya əsasən, yaradılan komissiyaya iki ölkənin müdafiə nazirləri rəhbərlik edəcək. 

Mütəxəssislərin fikrincə, delimitasiya və demarkasiya prosesi əslində kifayət qədər mürəkkəb, uzun və zəhmət tələb edən prosesdir. 

Qeyd edirlər ki, bu proses illərlə, hətta on illərlə davam edə bilər. Üstəlik, elə ölkələrin təcrübəsi var ki, onilliklər keçsə də, bu işlər heç bir nəticə verməyib.

“Mənbəmizin sözlərinə görə, çətin və pis hava şəraitindən asılı olaraq, yeni yaradılacaq delimitasiya və demarkasiya komissiyasının işinə 2022-ci ilin yazında, daha dəqiq desək, qar əriyəndə başlaması nəzərdə tutulur” deyə qəzet qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin