Azərbaycan millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" dünən Polşa kubokunda 1/8 final oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Varşava təmsilçisi "Motor Lyüblina"nın qonağı olub. Görüşdə hesabı meydan sahibləri açsa da, "Legiya" əzmkar qələbə qazanıb - 2:1. Mahir Emreli matçın 46-cı dəqiqəsində meydana daxil olub.
"Legiya" qələbə sayəsində 1/4 finala yüksəlib.
Qeyd edək ki, "Legiya" 1/4 finalda "Arka Qdınya" ilə qarşılaşacaq.
Bizim.Media