Dünya Güləş Birliyi (UWW) ilin sonunda pul mükafatı verəcəyi yunan-Roma güləşçilərinin adını açıqlayıb.
Bizim.Media xəbər verir ki, mükafatı reytinqin ilk "üçlüy"ündə qərarlaşan pəhləvanlar alacaq.
Ən yüksək yeri tutan idmançı 10 min ABŞ dolları, ikinci yerin sahibi 7 min, üçüncü olan güləşçi isə 3 min dollar əldə edəcək.
Mükafatçılar sırasında Azərbaycan millisinin 4 üzvü də var. 82 kiloqram çəki dərəcəsində ilk sırada olan Rafiq Hüseynov 10 min dollara sahib çıxacaq. Üçüncü yerdə qərarlaşan Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sənan Süleymanov (77 kq) isə uyğun olaraq 3 min dollar qazanacaqlar.
Qeyd edək ki, UWW daha əvvəl sərbəst güləş üzrə mükafatçıların siyahısını açıqlayıb. Orada Azərbaycandan yalnız Osman Nurməhəmmədovun adı yer alıb. Legioner güləşçi 92 kq-da üçüncü yerin sahibi kimi 3 min dollar əldə edəcək. (Fanat.az)
Bizim.Media
- A-
- A
- A+
İdman
07:16 / 02.12.2021
Güləşçimizə 10 min dollar veriləcək
Hazırda oxunan: Güləşçimizə 10 min dollar veriləcək
Hazırda oxunan: Güləşçimizə 10 min dollar veriləcək
48642
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.