Azərbaycanla Türkiyənin ticarət dövriyyəsində cüzi azalma

Hazırda oxunan: Azərbaycanla Türkiyənin ticarət dövriyyəsində cüzi azalma

48590

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ticarət dövriyyəsində yer tutan əsas ölkələrin sırasında Türkiyə İtaliyadan sonra ikinci mövqeyini qoruyub saxlayıb.

Bizim.Media Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, qardaş ölkə ilə ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollara yaxın olub

Azərbaycandan Türkiyəyə 2 milyard dollardan çox dəyərə malik məhsul ixracı həyata keçirilib.

Türkiyədən isə 1,5 milyard dollar həcmində məhsul idxal edilib.

Azərbaycanın ümumi ticarət dövriyyəsində Türkiyə 13,36 faizlik paya malik olub.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə Türkiyə ilə ticarət dövriyyəsi 3,6 milyard dollara yaxın olub. Azərbaycandan Türkiyəyə 2,3 milyard dollarlıq məhsul ixrac edilib, Türkiyədən isə məhsul idxalının həcmi 1,3 milyard dollara bərabər olub.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin