Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə sərəncam imzalayıb.
Moderator.az-ın xəbərinə görə, partiya sədrinin imzaladığı sərəncama əsasən Hacılı Ramin Beynəlxalq Münasibətlər və Strateji Məsələlər üzrə sədrin müavini təyin edilib.
Hacılı Ramin Rasim oğlu 1983-cü il sentyabr ayının 1-də Azərbaycan Respublikası, Füzuli rayonu, Arayatılı kəndində dünyaya gəlib. Bakı şəhəri, Nizami rayonu 220 saylı orta məktəbi bitirib. 2002-ci ildən 2006-cı ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmələr fakültəsində Beynəlxalq Siyasi Münasibətlər ixtisası üzrə təhsil alıb.
2002-2004-cü illÉ™rdÉ™ RÉ™sulzadÉ™-ElçibÉ™y Ocağında sÉ™dr müavini, “DalÄŸa GÉ™nclÉ™r HÉ™rÉ™katıâ€nın (DalÄŸa GH) tÉ™sisçilÉ™rindÉ™n biri vÉ™ ilk sÉ™dri (2005-2006). 2006-cı ilin sentyabrından 2013-cü ilin sentyabrına kimi Demokratik İslahatlar Partiyasının (DİP) GÉ™nclÉ™r Təşkilatının sÉ™dri vÉ™ partiyanın Siyasi Åžurasının üzvü olub.
Müxtəlif dövrlərdə mətbuatda ictimai-siyasi yazılarla çıxış edib, bir sıra beynəlxalq tədbirlərin iştirakçısı olub.
2006-cı ildən etibarən sülh quruculuğu istiqamətində həyata keçirilən layihələrdə aktiv iştrakçı olub. 2013-cü ildə Beynəlxalq Avropa Hərəkatının təşəbbüsü ilə Ermənistanda keçirilən “Dağlıq Qarabağ münaqişəsinin həllində Vətəndaş Cəmiyyətinin rolu†mövzusunda təşkil olunan müzakirələrə qatılıb.
Siyasi sistemlər və idealogiyalar nəzəriyyəsi üzrə mütəxəssisdir.
2011-ci ildÉ™n “Üçüncü GÆLÆCÆK†jurnalının (3GJ.az) tÉ™sisçisi vÉ™ baÅŸ redaktorudur.
2012-ci ilin 17 fevral tarixindən etibarən Azərbaycan Avropa Hərəkatının prezidentidir.



























































































