Hazırda İkinci Fəxri Xiyabanda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olan hərbçilərin dəfn mərasimi keçirirlir.
Dəfn mərasimində iştirak edən şəhid leytenant Abdulla Süleymanovun əmisioğlu onunla son görüşlərindən danışıb:
MÖVZU İLƏ BAĞLI:
Qəzada həlak olan mayor Mayılovun xalasıqızı: “O, bizim qardaşımız idi...”
“3-4 gün bundan əvvəl görüşdük. Bir az söhbət etdik. Çox zarafatcıl, şən biri idi. Mənə dedi təlimə gedəcəyik. Çox sevinirdi. Qismətində şəhidlik zirvəsi var idi, bu ali məqam hər insana qismət olmur”,- deyə o, bildirib.
Qeyd edək ki, leytenant, 1999 -cu il təvəllüdlü Abdulla Telman oğlu Süleymanov Bakıda doğulub. Cəbrayıl rayonunun Çərəkən kəndində qeydiyyatda idi.
Səkinə Yusibli, Bizim.Media