Hazırda İkinci Fəxri Xiyabanda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olan hərbçilərin dəfn mərasimi keçirirlir.
Bizim.Media xəbər verir ki, dəfn mərasimində iştirak edən 1987-ci il təvəllüdlü şəhid Emil Mayılovun xalasıqızı ondan danışarkən göz yaşlarını saxlaya bilməyib.
“O, bizim üçün xalaoğlu deyil, qardaş olub. Bundan sonra həyatımıza necə davam edəcəyimizi bilmirəm. Emilsiz bizə çox çətin olacaq. Çox üzgünük. Elə bil özümüzü itirdik”.
Qeyd edək ki, Mayor, 1987-ci il təvəllüdlü Emil Mayılov Ağdaşda doğulub, Bakının Qaradağ rayonunda yaşayıb.
Səkinə Yusibli, Bizim.Media