Bu il Azərbaycanda “SPİD”ə yoluxanların sayı 522 nəfər artıb – Bu xəstələr COVİD-dən necə qorunur?

Hazırda oxunan: Bu il Azərbaycanda “SPİD”ə yoluxanların sayı 522 nəfər artıb – Bu xəstələr COVİD-dən necə qorunur?

48538

1988-ci ildən başlayaraq hər il dekabrın 1-i dünyada QİÇS-lə Mübarizə Günü kimi qeyd olunur. Son iki il ərzində pandemiya bir çox ağır xəstəlikləri ikinci plana salıb. Nəzərə alsaq ki, HİV virusunun daşıyıcıları immun sistemi çatışmazlığından əziyyət çəkirlər, COVİD-19 onlar üçün daha ağır nəticələr verə bilər.

“Hüquqi İnkişaf və Demokratiya" Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva Bizim.Media-ya açıqlamasında bildirib ki, pandemiya dönəmində QİÇS xəstələri xüsusi müşahidə altına alınıb. 

“Bu xəstələrin səhhətinin qorunması üçün xüsusi dərmanlar, ARV (Antiretrovirus) terapiyaları fasiləsiz həyata keçirilir. Pandemiya dövründə onlar dərmanları ilə Səhiyyə Nazirliyinə gəlmədən təmin olundu”.
 

MÖVZU İLƏ BAĞLI:

“SPİD”-ə yoluxanlar hansı sahələrdə çalışa bilər? - Analiz tələbi QANUNSUZDUR 


Söhbət əsnasında Zülfiyyə xanım maraqlı bir faktın da üstün açıb. Belə ki, birliyin sədri qeyd edib ki, ARV terapiyanın tərkibinə daxil olan preparatlardan biri COVİD-19 virusuna qarşı ən effektiv vasitə idi.   

“ARV terapiya keçirən insanların koronavirusa yoluxma halları 0 bərabərdir. Çünki bu terapiyanın tərkibinə daxil olan dərmanlardan biri liboravin koronavirusun ilk müalicəsi başlayan dövrdə istifadə olunmağa başlanıldı. ARV terapiyada bütün dərmanlar orqanizmin immun sistemini qaldırmaq üçün yönləndirilib.

Bildiyimiz kimi QİÇS virusunu öldürmək mümkün deyil, indiyə qədər bu xəstəliyin dərmanı tapılmayıb. Hazırda tətbiq olunan terapiya yalnız ümumi orqanizmin gücləndirilməsinə xidmət edir ki, insan virusla mübarizədə təkbaşına qalmasın. Koronavirusda bildiyimiz kimi immunitet zəif olduqda insanların ölümünə səbəb olur.
 

Statistikaya görə, ARV terapiya keçən HİV xəstələri arasında COVİD-19 virusuna yoluxma müşahidə olunmadı. Nadir hallarda oldu, o insanların da yanaşı xroniki xəstəlikləri var idi. Bundan başqa ARV terapiya qəbul etməyən xəstələr arasında koronavirusa yoluxma halları müşahidə olundu”. 


Bəs, hazırda Azərbaycanda vəziyyət necədir? Statistik göstəricilərə Azərbaycanda bu virus daşıyıcıları nə qədərdir?

Z.Mustafayeva  bildirir ki, son illərdə HİV virusuna yoluxma hallarında yeni tendensiya müşahidə olunur. Onun sözlərinə görə, HİV-ə yoluxmaların əksər halları vena daxili inyeksiyalar səbəb olurdu, bu da narkomanlar arasında baş verirdi. 

“Bu statistikanın 74-75%-ini təşkil edirdi. Son illərin statistikasına görə isə hazırda əsasən heteroseksual yəni qadın kişi arasında cinsi münasibətlər yolu ilə HİV-ə yoluxmaların sayı artmaqdadır. Hazırda yoluxmaların 73.9 % əsasını bu münasibətlər təşkil edir.
 

Bu da əhalinin sayına çox böyük təsir edən faktordur. Təsəvvür edin, qadınlar eyni ginekoloji kabinetlərdən, alətlərdən istifadə edir,  tibbi və ya digər prosedurlar edirsə, bu yoluxmanın artırmağa birbaşa vasitəçilik edir. Çünki hər gün eyni müayinəxanaya onlarla qadın gəlir”.


Birliyin sədri həmçinin HİV-ə yoluxmanın digər səbəblərindən də danışıb. O, ikinci ən təhlükəli yoluxma halının isə, HİV virusunun anadan uşağa keçməsidir.  

“Bu ilin 9 ayı ərzində 71 nəfər anadan uşağa HİV ötürülüb. Klinik protokollar tərtib olunur, bütün müəssisələrə hamiləliyin ilk 3 ayında HİV virusuna qarşı yoxlayan test pulsuz verilir yalnız bu halların qarşısı alınmır. Bunun bir sadə yolu var o da zamanında qan müayinəsindən keçməkdir.

Bu zaman əgər qadının bu virusa yoluxma halı aşkarlanarsa, onun hamiləliyin ilk 3 ayında 26 günlük ARV terapiya qəbul edilir və uşaq tam sağlam doğula bilir. Ölkədə bunun üçün bütün proseslər həyata keçirilir. Bu analar bilməlidirlər ki, doğuşdan sonra onlar övladlarını əmizdirə bilməzlər, çünki virusun 14 % övlada ana südü ilə keçir”.

Statistik göstəricilər isə heç də ürək açan deyil. Bu hesabatlardan da görünür ki, hazırda Azərbaycanda yoluxma sayında ciddi artım var. Bunu İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva da deyib. 
 

“2021-ci ilin sentyabr ayı da daxil olmaqla 9208 nəfər HİV-ə yoluxma ilə qeydiyyata alınıb. Bu müddət ərzində xəstəlik səbəbilə 1172 nəfər dünyasını dəyişib. Hazırda yenə sentyabrda daxil olmaqla QİÇS mərhələsində 1966 nəfər var.


Bu mərhələdə artıq müalicə xəstələrə təsir etmir, həyat keyfiyyəti aşağı düşür və xəstədə müxtəlif yanaşı xəstəliklər baş qaldırır. Bu ilin son 9 ay ərzində 522 nəfərdə HİV virusu aşkar olunub. Bu çox böyük rəqəmdir. Mən uzun illərdir HİV-ə yoluxma hallarını müşahidə edirəm. Deyə bilərəm ki, bu son illərə görə, ən yüksək statistikadır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin