Fəxri Xiyabanın 17 illik sakini... – “Məmməd getdi, Araz qaldı...”

Hazırda oxunan: Fəxri Xiyabanın 17 illik sakini... – “Məmməd getdi, Araz qaldı...”

48529

Azərbaycanın görkəmli şairi Məmməd Arazın ölümündən 17 il ötür.

Bizim.Media xəbər verir ki, xalq şairi 2004-cü ilin 1 dekabr tarixində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
 

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.


Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib.

Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb.

1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.

1991-ci ildən Azərbaycanın xalq şairidir. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir.
 

Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına "Məmməd Araz" mükafatı təsis olunub (1993-cü ildən).


Şeirləri hər zaman insanları duyğulandıran ahəngdə yazılıb. Fəlsəfəsi ilə çoxlarından seçilib.

Özünün "Haqqın yox, Məmməd Araz, haqqın yox yaşamağa" misralarına verdiyi cavab da mükəmməldir:

Çox tozanaq atlını təmkin atınla keçdin,

Sel boğan dərələri bir mərd qadınla keçdın.

Bütün keçilməzliyi, Vətən, adınla keçdim...

Haqqın var, Məmməd Araz,

Haqqın var yaşamağa!

17 ildir ki, həyatda deyil. “Məmməd getdi, Araz qaldı” deyənlər də çoxdur. Yəni, şairin cismi ölsə, gömülsə də, miras qoyduğu yaradıcılığı onun qəlblərdə əbədi yaşamağı deməkdir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin