Qadın Zorakılığına qarşı kampaniya - Əməli işlə məşğul olmağa nə mane olur? 

Hazırda oxunan: Qadın Zorakılığına qarşı kampaniya - Əməli işlə məşğul olmağa nə mane olur? 

48523

Xəbər verildiyi kimi 25 noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədər Azərbaycanda gender əsaslı 15 günlük fəallıq kampaniyasına start verilib. Qadınlara şiddətə son məqsədilə sosial şəbəkələrdə 5 gündür ki, onlayn çağırış başladılıb.

Çağırış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi layihə çərçivəsində həyata keçirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Son günlər artan qadın qətllərinin günahkarı kimdir? – Xəyanət yoxsa ...


10 dekabr tarixinədək davam edəcək bu kampaniyaya “Neftçi” komandası, Xalq artisti Miri Yusif, aparıcı İlkin Həsəni, aktyor Kamran Ağabalayev, dünya çempionu Rəsul Çunayev, aparıcı Turanə Hüseynli, ProMete ləqəbli reper Pərviz İsayev, vayner Fuad İsgəndərli və başqaları qoşulub. 

Hətta “Neftçi” komandası sözügedən çağırışa dəstək vermək üçün 3 gün əvvəl “Səbail” futbol klubu ilə baş tutan oyunda zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxıb. 

İlk baxışdan hər şey əladır. Cəmiyyətin də bu cür addımlara normal reaksiyası var. Amma sual yaradan məqamlar da mövcuddur. 
 

Məsələn, bir çox izləyicilərin düşüncəsində belə bir sual var - Nəyə görə cəmiyyəti uzun müddətdir narahat edən bu sosial problemlə ciddi məşğul olunmur? Əməli işlə məşğul olmağa nə mane olur? 


Nəyə görə əlaqədar qurumların gündəlik işində bu özünü biruzə vermir, tədbirdən-tədbirə qatılmaqla öz işlərini bitmiş hesab edirlər. 

Və əvəzində hər səhərimiz qadın qətli, zorakılığa məruz qalması, şantaj olunduğu üçün intihara sürüklənməsi, qaçırılması xəbərləri ilə açılır. Sosial çağırışın getdiyi bu günlərdə belə qadına qarşı şiddət və zorakılıq davam edir.

Bu bəlanı durdurmağın yolunu illərdir tapmayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və başqa qurumlarda məsul şəxslər niyə məhz indi xüsusi forma geyinib futbol meydançasına axışırlar?
 

Maraqlıdır, bu geyimləri çıxardıqdan sonra yuxarıda adları çəkilən şəxslər gündəlik həyatda qadın zorakılığına qarşı hansı digər tədbirə dəstək veriblər? Yoxsa sosial media hesabları üçün poz vermək çok rahatdır… deyilmi?


İnsanları narahat edən əsas məqamlardan biri isə budur ki, indi gündəlik problemimizə çevrilən bu sosial bəla ilə mübarizə xaotik şəkildə, tədbirdən tədbirə deyil, gündəlik məsuliyyət anlayışına çevrilsin və işlək mexanizim tapılsın. Yoxsa hələ neçə qız və qadınlarımız cəhalətin, şiddətin qurbanı olacaq. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin