Xaricdən alış-veriş edənlərə PİS XƏBƏR – Limit 100 dollara endirilə bilər

Hazırda oxunan: Xaricdən alış-veriş edənlərə PİS XƏBƏR – Limit 100 dollara endirilə bilər

48399

Bu il fiziki şəxslər tərəfindən idxal edilən malların dəyərində rekord göstərici qeydə alınır. Artım çox böyük sürətlə davam edir və hər ay yeni rekord nəticə əldə olunur.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin ilk 10 ayı ərzində fiziki şəxslər 1,123 milyard dollar dəyərində mal idxal edib.

Əvvəlki illərlə müqayisə göstərir ki, fiziki şəxslərin idxalı bu il 2020-ci ilə nisbətən 302 milyon dollar, yəni 37,2 faiz, 2018-ci ilə nisbətən 608 milyon dollar, yaxud 120 faiz (2,2 dəfə) artıb.

Fiziki şəxslərin idxal etdiyi malların dəyəri artmaqla bərabər onun ümumi idxaldakı payı da artır. Bu il fiziki şəxslər ölkəmizə idxal edilən malların 12 faizini alıb. Amma bu göstərici ötən il 9,36 faiz, 2018-ci ildə 5,56 faiz olmuşdu. Müqayisədən görünür ki, 2021-ci ildə idxalın artmasında fiziki şəxslərin rolu yüksəlib.

Fiziki şəxslər tərəfindən idxalın artması insanlarda elektron ticarət vərdişlərinin inkişaf etməsi ilə bağlıdır. Eyni zamanda fiziki şəxslər tərəfindən aparılan əməliyyatlara müəyyən vergi və gömrük güzəştlərinin verilməsi də bu kateqoriya üçün idxalı əlverişli edir.
 

Qaydalara əsasən, fiziki şəxslər ay ərzində xaricdən 300 ABŞ dolları (510 manat) dəyərində malı idxal gömrük vergiləri və rüsumu ödəmədən ala bilər. Bu qədər malın idxalına ödənən pul yerli bazardan alınan malın dəyərindən az olduğundan fiziki şəxslərdə xaricdən mal sifarişinə marağı artırıb.


Böyük ehtimalla, fiziki şəxslərin mal idxalında artım dinamikası davam edəcək və biz yeni rekordları görəcəyik. Amma bu vəziyyətə hökumət də seyrçi qalmaya bilər. Çünki fiziki şəxlərin idxalının artması Azərbaycanın dövlət büdcəsinin vergi və rüsum gəlirlərindəki artımı əngəlləyir. Hökumət idxal əməliyyatları üzrə vergi və rüsum gəlirlərini artırmaq üçün yenidən güzətləri məhdudlaşdıra bilər.

Xatırladaq ki, ötən il belə bir tədbir həyata keçirilib. 2018-ci ildə fiziki şəxslər tərəfindən idxalın dəyəri 515 milyon dollar olduğu halda, 2019-cu ildə 834 milyon dollara yüksəlmişdi. Bir ildə idxalın 320 milyon manat, yəni 62 faizdən çox artması hökuməti məcbur etdi ki, 2020-ci ildə güzəşt limitini 1000 dollardan 300 dollara endirsin. Endirimdən sonra fiziki şəxslərin idxalı 821 milyon dollara gerilədi.

2021-ci ildə idxalda yenidən kəskin artım baş verir və ehtimal ki, gömrük gəlirlərindəki azalmanı zəiflətmək üçün hökumət güzəşt məbləğini bir qədər də endirəcək. Bu dəfə məbləğin hansı həddə salınacağını proqnozlaşdırmaq çətindir. Lakin MDB ölkələrinin təcrübəsinə əsaslansaq, güzəşt məbləği 100-200 dollar həddinə endirilə bilər. (Sfera.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin