Xaricilər Azərbaycanda bank kartı ilə nə qədər pul xərcləyir? – MƏBLƏĞ

Hazırda oxunan: Xaricilər Azərbaycanda bank kartı ilə nə qədər pul xərcləyir? – MƏBLƏĞ

48332

Bu ilin oktyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların ümumi dəyəri 124,4 milyon manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı"nın noyabr sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 99,5 milyon manat yaxud 5 dəfə çoxdur.

2021-ci ilin yanvar-oktyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 960,9 milyon manatlıq əməliyyat aparıblar ki, bu da illik müqayisədə 581,8 milyon manat və ya 2,6 dəfə artım deməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin