Ərdoğan: “Naxçıvandan İğdıra yeni yol çəkiləcək”

Hazırda oxunan: Ərdoğan: “Naxçıvandan İğdıra yeni yol çəkiləcək”

48223

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkiyəli jurnalistlərə açıqlamasında İƏT-in Aşqabad sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti İbrahim Rəisi, Tacikistan Prezidenti Emomoli Rəhmon və Pakistan Prezidenti Arif Alvi ilə ikitərəfli görüşlər keçirdiyini və bu görüşlərdə səmimi söhbət etmək imkanı əldə etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Türkiyə mətbuatında yer alıb.

Ərdoğan liderlə gündəmdə duran məsələləri də müzakirə etdiyini deyib.

Türkiyə lideri Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin cümə günü, noyabrın 26-da Soçidə baş tutan üçtərəfli görüşünə də toxunub.

“Cümə günü qardaşım, Azərbaycan prezidenti İlham Əliyevin Rusiya tərəfinin vasitəçiliyi ilə Rusiyada prezident Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub.

Söhbətimiz zamanı İlham Əliyev Soçi görüşünün səmərəli keçdiyini dedi. İndi Araz çayı boyunca dəmir yolu xətti və quru avtomobil yolu çəkiləcək. Bununla yanaşı, İğdıra yolun çəkilməsi məsələsi də müzakirə olunur. Naxçıvan və Ermənistan ərazisindən Azərbaycanı İğdırla birləşdirən yol da çox uğurlu layihəyə çevriləcək. Biz artıq Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın iştirakı ilə “3+3” platformasından danışaraq bu mövzunu qaldırmışıq”, - Türkiyə lideri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin