Bakıda və Abşeron yarımadasında dekabrın 01-i gündüzdən 02-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. Axşam yağış yağacagı ehtimalı var.
Bizim.Media xəbər verir ki, havanın temperaturu dekabrın 02-də ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.
Azərbaycanın rayonlarında dekabrın 01-i günün ikinci yarısından 02-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Havanın temperaturu dekabrın 02-də ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:45 / 29.11.2021
Azərbaycanda hava şəraiti dəyişəcək - Dekabrın 1-dən...
Hazırda oxunan: Azərbaycanda hava şəraiti dəyişəcək - Dekabrın 1-dən...
Hazırda oxunan: Azərbaycanda hava şəraiti dəyişəcək - Dekabrın 1-dən...
0:00
0:00
48184
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.