Saakaşvili: “Mən Gürcüstanın nə prokurorluğunu, nə də məhkəmə sistemini tanıyıram”

Hazırda oxunan: Saakaşvili: “Mən Gürcüstanın nə prokurorluğunu, nə də məhkəmə sistemini tanıyıram”

48176

Bu gün, noyabrın 29-da keçirilən prosesdə iştirak edən Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib ki, nə prokurorluğu, nə də Gürcüstanın məhkəmə sistemini tanıyır. 

Bizim.Media xəbər verir ki, bu barədə o, Tbilisidə məhkəmə zalında çıxışı zamanı bildirib.

Saakaşvili hakimlərə müraciət edərək "Mən artıq yazılmış komediyanın bir hissəsi olmaq üçün buraya gəlməmişəm" deyib.

Daha sonra eks-prezidentin vəkili Bek Basilaya telekanalların məhkəmə zalından canlı yayıma icazə verilməsi ilə bağlı vəsatətlə hakimlərə müraciət edib.

“Bu gün biz biabırçı, lakin tarixi bir prosesin şahidi oluruq. Üçüncü prezident Mixail Saakaşvili məhkəmədə iştirak edir və ilk dəfə olaraq öz sözünü demək imkanı qazanır. Məhkəməni canlı yayımlamaq istəyən telekanallardan rəsmi məktublarımız var”, - deyə Basilaya bildirib. 

Daha sonra hakim Nino Elişvili Saakaşvilinin vəkillərinə məhkəmə prosesinin sosial şəbəkələrdə yayımının dayandırılması tələbi ilə müraciət edib.

“Yayımı söndürün və ya məhkəmə zalını tərk edin. Məhkəmə icraçılarından buna cavab vermələrini xahiş edirəm”. Hakim belə deyib.

Bundan sonra vəkillər canlı yayımı dayandırıb.

Xatırladaq ki, bu gün Tbilisidə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin məhkəməsi keçirilir.
 

Keçmiş Gürcüstan lideri 2007-ci il noyabrın 7-də etirazçıları dağıtmaqda, İmedi televiziyasının ofisinə hücumda və Badri Patarkatsişvilinin əmlakını qanunsuz olaraq ələ keçirməkdə ittiham olunur.


Saakaşviliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin fiziki və ya hüquqi şəxsin, cəmiyyətin və ya dövlətin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəni nəzərdə tutan müvafiq maddəsi ilə ittiham irəli sürülüb. Göstərilən cəza 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin