"44 günlük Vətən müharibəsi dövründə Ermənistan bir sıra ölkələrin, xüsusən də Yunanıstandan olan hakerlərdən dəstək alıb".
Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən kibertəhlükəsizlik konfransında çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
Onun sözlərinə görə, bu tipli dəstəklər əsasən rusdilli kontentdən əldə edilirdi:
"44 günlük Vətən müharibəsi dövründə düşmən tərəfindən Azərbaycanın dövlət informasiya resurslarına 2 678 hücum həyata keçirilib ki, onlarında hamısının uğurla qarşısı alınıb. Müharibənin ilk günlərində "DDoS" hücumlar oldu və bu hücumlar müharibənin sonuna qədər davam elədi. Həmçinin onlar "fishing" hücumlar həyata keçirirdilər ki, məqsəd insanları çaşdırmaqdan ibarət idi. Bu baxımdan onlar tez-tez dezinformasiyalardan da istifadə edirdilər".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:39 / 29.11.2021
Vətən müharibəsi zamanı 2 678 kiberhücumun qarşısı alınıb
Hazırda oxunan: Vətən müharibəsi zamanı 2 678 kiberhücumun qarşısı alınıb
Hazırda oxunan: Vətən müharibəsi zamanı 2 678 kiberhücumun qarşısı alınıb
48168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.