Soçi görüşündən sonra SƏRHƏDDƏ nə baş verir? – Hərbi ekspertdən AÇIQLAMA

Hazırda oxunan: Soçi görüşündən sonra SƏRHƏDDƏ nə baş verir? – Hərbi ekspertdən AÇIQLAMA

48155

Ermənistan Baş naziri Nikol Paşinyan Soçi görüşündən əvvəl mətbuat konfrası keçirərək Zəngəzur dəhlizi, sərhədlərin delimitasiya və demarkasiyası və digər məsələlərlə bağlı barışmaz mövqeyini sərgiləmişdi. Çünki Ermənistan Rusiyanı regiondan vasitəçi kimi qəbul etmək istəmir və danışıqlar prosesini pozmaq üçün əlindən gələni edir.

Hərbi ekspertlər isə düşünür ki, Ermənistanın Laçın və Kəlbəcərlə sərhəddə yerləşən hərbi hissələrini döyüş hazırlığı vəziyyətinə gətirməsi də məhz bununla əlaqədardır. 

Lakin Nikol Paşinyan mətbuat konfransından fərqli olaraq, Soçi sammitində tam fərqli performans göstərərək, rəsmi Moskvanın göstərdiyi siyasi basqı nəticəsində orada deyilən hər bir kəlmə ilə razılaşaraq 26 noyabr bəyannaməsinə imza atdı.

Ekspertlərin fikirincə, Soçi görüşünün nəticələri erməni tərəfinin sərhəddə növbəti təxribatları ilə müşahidə oluna bilər. 

Bəs, hazırda vəziyyət necədir? Rəsmi məlumatlarda da qeyd edildiyi kimi son 2 gün ərzində sərhəddə nisbi sakitlik hökm sürməkdədir. Verilən məlumata görə, sərhəddə heç bir geniş və kiçik miqyaslı əməliyyatlar həyata keçirilməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Soçidə 3 ölkənin liderləri bəyanat imzaladı – TAM MƏTN


Hərbi ekspert Ədalət Verdiyev Bizim.Media-ya açıqlamasında da qeyd edib ki, son iki gündə Azərbaycan Ermənistan, həmçinin Qarabağın Rus sülhməramlıların müvəqqəti nəzarətində olan əraziləri ilə Azərbaycan qoşunlarının xidmət apardıqları ərazilərdə ciddi bir dəyişiklik qeydə alınmayıb.

“Amma ordu hər zaman düşmənin təxribatlarına hazır olmalıdır. Ermənilər müharibə və ondan sonrakı dövrlərdə də dəfələrlə sənəd imzaladıqdan sonra, atəşkəsi pozub, müxtəlif təxribatlar törədib”.
 

Onun fikrincə, 16 noyabr təxribatından sonra Ermənistan ordusunun növbəti dəfə möqelərindən geri çəkilməsi, kifayət sayda itki verməsi əslində onları növbəti təxribatlardan çəkindirməlidir. Məşhur ifadə də deyildiyi kimi, “sülh istəyirsənsə, döyüşə hazır olmalısan”. 


“Əgər biz sülh və rifahın təminatını istəyiriksə, ordumuzun daima təxribatlara cavab verəcəyi, genişmiqyaslı əməliyyatların keçirilməsi üçün hər zaman yüksək döyüş hazırlığında olmasını təmin etməliyik”,- deyə o, qeyd edib.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin