“Bakı Qida Hakatonu” keçirildi - FOTO

Hazırda oxunan: “Bakı Qida Hakatonu” keçirildi - FOTO

48087

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Gənc Avropa Səfirləri və Aİ-nin maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “AgriVision” layihəsi ilə birlikdə təşkil edilən “Bakı Qida Hakatonu” keçirilib.

Bizim.Media xəbər verir ki, hakatonun əsas mövzusu sağlam qidalanma vərdişlərinin təbliği, yerli qidaların istehlakına həvəsləndirmək və Azərbaycanda qida ilə bağlı problemlər üçün innovativ həllər yaratmaqdır. 

Tədbir ölkədə mühüm sahələrdən biri sayılan kənd təsərrüfatının dəstəklənməsinə yönəldilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qidalarla bağlı bu səhvləri etməyin - DİQQƏT!


İki günlük tədbirin məqsədi - Bakıda İT və startap icmalarının nümayəndələrini regionlardan olan Qida məhsulları istehsalçıları ilə bir araya gətirərək, aqroturizm və yerli ərzaq məhsulları istehsalı ilə bağlı ən vacib problem və imkanlar barədə iştirakçıları məlumatlandırmaq olub.

Qalibi aqrar xidmət və innovasiya sahəsində yüksək profilli ekspertlər daxil olmaqla dəvət olunmuş münsiflər heyətinin üzvləri seçib, münsiflər arasında “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, Aqrar Kredit və İnkişaf Agentliyin (AKİA) sədri Mirzə Əliyev, Aqrar İnnovasiya Mərkəzinin (AİM) direktor müavini Anar Cəfərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin İnnovasiyalar departamentinin rəhbəri Şəbnəm Məmmədova olub.

Qalib komanda 5 000 avro, ikinci və üçüncü yeri tutan komandaların hər biri müvafiq olaraq 3 000 avro və 1 000 avro qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin