“Ermənistanda revanşizm xəyalları quranlar bir daha anladılar ki...” – Sahib Alıyev

Hazırda oxunan: “Ermənistanda revanşizm xəyalları quranlar bir daha anladılar ki...” – Sahib Alıyev

47928

“Soçi görüşündə sərhədlərin tanınması və Zəngəzur dəhlizinin açılmasıyla bağlı Azərbaycanın tələblərinin təmin edilməsində noyabrın 16-da Ermənistanın növbəti təxribatının qarşısı alınarkən ordumuzun peşəkarlığı, başda şəhidlərimiz və qazilərimiz olmaqla hərbçilərimizin fədakarlığı az rol oynamadı”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində deputat Sahib Alıyev yazıb.

Onun sözlərinə görə, "bir günlük savaş" kimi tarixə düşən döyüşlərdən sonra Ermənistanda revanşizm xəyalları quranlar bir daha anladılar ki, təslimçilikdən başqa ayrı yolları yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Dini liderlərin Moskva GÖRÜŞÜ – “Rusiya İrana yerini göstərdi” – Sahib Alıyev 


“Maraqlıdır ki, hayların ağılı başında olan ekspertləri “44 günlük savaşda uduzmağımızı ancaq bayraktarların, türklərin, pakistanlıların və Suriyadan gətirilənlərin adına yazdıq. Bu dəfə döyüşlərdə onlardan heç biri yox idi, amma 4 mövqe itirdik, bizim əsgərlər isə azərbaycanlılar tələb etmədikləri halda onların qarşısında diz üstə çökmüşdülər, buna nə ad verək" deyə soruşurdular. Və özləri də cavab verirdilər ki, Azərbaycan ordusu təkcə texniki yox, peşəkarlıq və psixoloji baxımdan da onlarınkından qat-qat üstündür”.

Deputat hesab edir ki, Soçidə qəbul edilən bəyanat Müzəffər Ali Baş Komandanımızın qətiyyətinin, diplomatik bacarığının və təbii ki, onun qurduğu ordunun döyüşlərdəki uğurlarının nəticəsidir.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin