COJEP International Avrasiya Koordinatorluğunun təşkilatçılığı və TİKA-nın dəstəyi ilə Bakıda dünən ikinci “Vətəndaş Cəmiyyətinin Bacarıqlarının Gücləndirilməsi Proqramı” keçirilib.
Bizim.Media COJEP-in Avrasia ölkələri üzrə koordinatorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən 100-ə yaxın qeyri-hökumət təşkilatının iştirakı ilə keçirilən konqresin açılış proqramında Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşı Ağacavid Ramazanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, TİKA-nın Bakı Proqram Koordinatoru Fatih Yılmaz, “COJEP International”ın Prezidenti Ali Gedikoğlu, “COJEP International”ın Baş Katibi Celil Yılmaz, “COJEP International”ın bakan yardımcısı Satı Arik, “COJEP International”ın vəkili Fulya Kaya, Erdem Uyusal, COJEP-in Avrasiya ölkələri üzrə Koordinatoru Nüşabə Məmmədova və digər rəsmilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış ediblər.
MÖVZU İLƏ BAĞLI:
QHT nümayəndələri Gəncəyə getdilər – SƏBƏB - FOTO
Konfransda “Vətəndaş cəmiyyətinin yeri və rolu”, “Ədalətli dünya üçün nümunə ölkə Türkiyə və korporativ əməkdaşlıqlar”, “Beynəlxalq fondlara çıxış və layihə texnikaları”, “Media və vətəndaş cəmiyyəti əlaqələri”, “Beynəlxalq təşkilatlarda lobbiçilik” mövzuları müzakirə olunub. İştirakçı QHT-lərin sualları üzərində diskussiyalar aparılıb.
Tədbirə 100-ə yaxın Qeyri-Hökumət Təşkilatı qatılıb. 50 QHT COJEP NETWORK-a üzv qəbul edilib.
Sonda iştirakçı QHT-lərə sertifikatlar təqdim olunub.
Bizim.Media