Dekabrın 10-da Özbəkistanın sədrliyi ilə videokonfrans formatında MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilovun moderatorluğu ilə keçiriləcək iclasda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və digər ölkələrin xarici işlər nazirləri və MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedev iştirak edəcək.
İclasda MDB çərçivəsində əldə olunan nəticələr, yeni qarşılıqlı fəaliyyət prioritetləri müzakirə olunacaq, beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq, MDB Dövlət Başçıları Şurasının növbəti yığıncağında imzalanacaq sənədlərin layihəsi müzakirə ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:59 / 09.12.2020
MDB xarici işlər nazirləri toplanır
Hazırda oxunan: MDB xarici işlər nazirləri toplanır
Hazırda oxunan: MDB xarici işlər nazirləri toplanır
4791
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.