25 noyabr 2021-ci il tarixində “Fitch Ratings” agentliyi tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (Fond) fəaliyyətinin növbəti qiymətləndirilməsi həyata keçirilib.
Bizim.Media Fondun məlumatına istinadən xəbər verir ki, Agentliyin qiymətləndirməsinə əsasən, Fondun uzunmüddətli xarici və yerli valyutada reytinqi ölkə reytinqinə bərabər “BB+/stabil” səviyyəsində təsdiq edilib.
Reytinqin “BB+” səviyyəsində (proqnoz “stabil”) təsdiq olunması əsas etibarilə Fondun dövlətə məxsus olması, yaradıldığı gündən etibarən fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət olunması və davamlı dəstəklənməsi, Fondun ölkənin sosial-iqtisadi siyasətində strateji əhəmiyyətə malik olması ilə əlaqədardır.
Agentlik Fondun qeyri-kommersiya missiyasına baxmayaraq, onun yüksək maliyyə dayanıqlılığını, aktivlərin keyfiyyətini, məqbull likvidlik mövqeyini xüsusi qeyd edib.
Agentlik hesab edir ki, orta müddətli dövrdə də Fond maliyyə dayanıqlığını, portfelin yüksək keyfiyyəti və likvidliyini qoruyub saxlayacaqdır.
“Fitch Ratings” agentliyi 2009-cu ildən etibarən Fondun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir və onun müstəqil kredit reytinqini açıqlayır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:25 / 26.11.2021
“Fitch Ratings” İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini qiymətləndirib
Hazırda oxunan: “Fitch Ratings” İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini qiymətləndirib
Hazırda oxunan: “Fitch Ratings” İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini qiymətləndirib
47820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.