Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyası son hərbi əməliyyatların mülki əhali üzərindəki təsirlərini öyrənmək üçün Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində işinə başlayıb.
Bizim.Media xəbər verir ki, ÜST-ün Ölkə ofisindən verilən məlumata görə, missiya çərçivəsində nümayəndə heyəti yerli icra hakimiyyəti orqanlarını və səhiyyə müəssisələrini ziyarət edəcək, tibb işçiləri və digər şəxslərlə ÜST-nin lazımi dəstək göstərə biləcəyi sahələri müəyyənləşdirmək üçün müzakirələr aparacaq.
Beş günlük səfər çərçivəsində missiya üzvləri Bərdə, Tərtər, Ağdam və Gəncəni ziyarət edəcək, münaqişədən birbaşa zərər çəkmiş insanlara gigiyena dəstləri və tibbi maskalar paylayacaq.
Missiya ÜST-nın 7 nəfərlik yerli və xarici ekspertindən, Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələrindən ibarətdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:55 / 09.12.2020
ÜST Azərbaycanın zərər çəkmiş bölgələrində səhiyyə ilə bağlı ehtiyacları öyrənir
Hazırda oxunan: ÜST Azərbaycanın zərər çəkmiş bölgələrində səhiyyə ilə bağlı ehtiyacları öyrənir
Hazırda oxunan: ÜST Azərbaycanın zərər çəkmiş bölgələrində səhiyyə ilə bağlı ehtiyacları öyrənir
4779
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.