Noyabrın 25-də "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş" çərçivəsində 43 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.
Bizim.Media xəbər verir ki, bu informasiyanı Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsi yayıb.
Mənbə qeyd edib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.
Xatırladaq ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:29 / 26.11.2021
Daha 43 nəfər Almaniyadan Azərbaycana göndərilib - RƏSMİ
Hazırda oxunan: Daha 43 nəfər Almaniyadan Azərbaycana göndərilib - RƏSMİ
Hazırda oxunan: Daha 43 nəfər Almaniyadan Azərbaycana göndərilib - RƏSMİ
47762
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.