“Bakı və İrəvan öz ərazilərindəki marşrutlara nəzarət edəcək” – Rusiya XİN

Hazırda oxunan: “Bakı və İrəvan öz ərazilərindəki marşrutlara nəzarət edəcək” – Rusiya XİN

47662

“Moskva 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində ən yüksək səviyyədə əldə edilmiş üçtərəfli razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarıdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı sabahkı Putin-Əliyev-Paşinyan görüşü ilə bağlı sualı cavablandırarkən səsləndirib.

Onun sözlərinə görə, tərəflərin əldə etdiyi razılaşmalar Cənubi Qafqazda ticarət və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasına da aiddir:

“Bu mühüm vəzifə ilə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin sədrlik etdiyi işçi qrup məşğul olur”.

Zaxarova bildirib ki, Aleksey Overçukun (Rusiya Baş baş nazirinin müavini) Bakı və İrəvana səfəri zamanı bu məsələlərin bütün spektri müzakirə olunub:

“Moskva Cənubi Qafqazda dinc həyatın bərqərar olması üçün bütün mümkün addımları atır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin