Filippin Türkiyədən “T129 ATAK” helikopterləri alır.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Filippin Hərbi Hava Qüvvələri komandanı general-leytenant Allen Paredes açıqlama verib.
Onun sözlərinə görə, Filippinin Türkiyədən sifariş etdiyi 6 ədəd T129 ATAK helikopterinin ilk partiyasının tədarüklərinə gələn ay ərzində başlanılacaq.
Helikopterlərin cəmi qiymətinin təxminən 280 milyon dollara bərabər olduğu bildirilir. Filippin Türkiyədən sonra ATAK helikopterlərindən istifadə etməyə başlayan ilk ölkə olacaq.
Qeyd edək ki, Filippin uzun müddətdir ki, ABŞ-ın bu ixraca icazə verməsini gözləyirdi. - Sona əlavə edərsən də. Başlıq isə bu cür olsun. ABŞ icazə verdi - Türkiyə Filippinə helikopter satacaq
Xatirə, Bizim.Media