Tələbə təhsil kreditləri əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə veriləcək.
Bizim.Media-nın məlumatına görə, bunu təhsil tələbə kreditlərinə müraciətlərin başlanılması ilə bağlı brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib.
MÖVZU İLƏ BAĞLI:
Təhsil tələbə kreditləri üçün müraciətlər başlanıldı – CANLI YAYIM
Nazir mavininin sözlərinə görə, təhsil tələbə kreditləri semestr üzrə veriləcək, hər semestr üzrə müraciət olmalıdır. Akademik borcu olanlar bundan yararlana bilməyəcək:
"Kredit yalnız Azərbaycan vətəndaşı olan tələbələrə veriləcək. Kreditin iki növü var. Bunlar standart və sosialdır", - İ.İsayev əlavə edib.
Sosial kreditlər sosial həssas qruplara veriləcək:
Ünvanlı sosial yardım alan, 3-cü qrup əlillik təyinatı olan, valideynləri işsiz olanlar, 1 və 2-ci dərəcə əlilliyi olanlar, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyası alanlar və yaşa görə sosial müavinət alanlar.
Bakalavriat üçün 300-700, magistratura üçün 50-100, subbakalavr üçün 110-300 bal aralığında olan şəxslər bundan yararlana biləcəklər.
Bizim.Media