Noyabrın 25-də Bakı Milli Gimnastika Arenasında Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışları start götürüb.
Bizim.Media-nın məlumatına görə, yarışların ilk günündə 15-16 yaş qrupunda tamblinq, 17-21 yaş qrupunda ikili mini-batut, 13-14 yaş qrupunda batut üzərində fərdi hərəkətlərdə, 11-12 yaş qrupunda sinxron hərəkətlərdə təsnifat mərhələsi keçiriləcək.
Günün ikinci yarısında isə həmin növlərdə final mərhələsi baş tutacaq.
Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.
Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar. Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.
Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək.
Bizim.Media