İran Prezidenti: ''Qarabağın bərpasında iştirak etməyə hazırıq''

Hazırda oxunan: İran Prezidenti: ''Qarabağın bərpasında iştirak etməyə hazırıq''

4758

İran Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpa olunmasında iştirak etməyə hazırdır və bu iki ölkənin xeyrinə olacaq.

Bizim.Media-nın məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

Ruhani deyib ki, İran və Azərbaycan arasında öncəki anlaşmalar, o cümlədən Rəşt-Astara dəmiryolu xəttinin inşa edilməsi prosesinin sürətləndirilməsi zəruridir.

İran Prezidentinin sözlərinə görə, Azərbaycanla müştərək layihələrin icrası baxımından, o cümlədən Xudafərin bəndi və elektrik stansiyasının tikintisi üçün uyğun şərait mövcuddur.

“İki ölkə sənaye, elm, əczaçılıq və digər sahələrdə əməkdaşlıqları daha da inkişaf etdirə bilər”, - deyə H. Ruhani vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin