Ukraynada saxta PCR testlərini satan erməni saxlanıldı

Hazırda oxunan: Ukraynada saxta PCR testlərini satan erməni saxlanıldı

47578

49 yaşlı Ermənistan vətəndaşının qanunsuz fəaliyyəti Ukraynanın Luqansk vilayətinin kiberpolis əməkdaşları tərəfindən ifşa edilib.

Bizim.Media “1news.com.ua” saytına istinadən xəbər verir ki, əməliyyatda Rəqəmsal Təhlükəsizlik Nazirliyinin nümayəndələri və Şçastinski rayon polis idarəsinin əməkdaşları da iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

Hindistan vətəndaşlarını ABŞ-a “göndərən” erməni polis rəisi saxlanıldı – DETALLAR - FOTO


Mənbə yazır ki, Ermənistan vətəndaşı internetdə COVİD-19 üçün mənfi nəticəsi olan sertifikatların verilməsi xidmətini təklif edib.

O, müvəqqəti işğal olunmuş ərazilərin sakinlərinə "Staniça Luqanskaya" keçid məntəqəsini keçmək üçün saxta sənədlər satıb.

“Müştərilər” heç bir laboratoriya müayinəsindən keçməsələr də qeydiyyat üçün məlumatlarını ona təqdim ediblər. Saxta testin qiyməti 500 qriven olub.
 

Erməni hər ay təxminən 300 PCR testi “satıb”. Onun aylıq qazancı 150 min qriven təşkil edib. Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsin yaşayış yerində axtarış aparıb.


Nəticədə ondan kompüter avadanlığı, fləş disk, avtomobil, mənfi PCR testinin sertifikatı, doldurulmayan PCR test blankları, pasportların surətləri və “qaralama” qeydləri götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin