Rusiya Duması Kiyevə cavab verdi

Hazırda oxunan: Rusiya Duması Kiyevə cavab verdi

4754

Rusiya Dövlət Dumasının Krım üzrə deputatı Ruslan Balbek  Ukraynanı  imzaladıqları sənədlərə əməl etməyə çağırıb və deyib ki, “bundan sonrta hansısa müraciət ünvanlaya bilərsiniz”.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, deputat Ukrayna Xarici işlər nazirliyini Kremli “normand formatı”na çağırışına cavab verib:

“Ukrayna Donbasla bağlı vəziyyətin nizamlanması üçün Rusiyanı “normand formatı” çərçivəsində(Ukrayna, Rusiya, Almaniya, Fransa) həll etməyə çağırır.

Onların özləri Minsk razılaşmalarını yerinə yetirməkdən boyun qaçırır.  İndi də bizdən istəyirlər ki, Moskva konflikt tərəflərindən biri olduğunu etiraf etsin. Sanki ümid edirlər ki, onların bu müraciətini oxuduqdan sonra Luqansk və Donetsk liderlərinin yanına gedib, onların tərkisilah olmasını xahiş edəcəyik”,-deyə deputat əlavə edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin