“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni Biləcəri lokomotiv deposunun bir neçə gün əvvəl istefaya verildiyi barədə xəbər vermişdik.
Biləcəri lokomotiv deposu Azərbaycanın dəmir yollarının fəaliyyətinə hansı üstünlükləri qazandıracaq?
Bizim.Media xəbər verir ki, yeni depoda dəyişən cərəyanla işləyən lokomotivlərin ən müasir istismar standartlarına uyğun saxlanılması və texniki baxışı həyata keçiriləcək.
MÖVZU İLƏ BAĞLI:
Yeni Biləcəri deposunda günəş enerjisindən istifadə ediləcək
Həmçinin, depoda lokomotivlərin daha mütərəqqi, beşpilləli təmiri yerinə yetiriləcək, eyni anda 6 lokomotivə xidmət etmək mümkün olacaq.
Depo ABŞ, Almaniya, Birləşmiş Krallıq, Hollandiya, İtaliya, Türkiyə, Cənubi Koreya, Çin, Rusiya və bir sıra digər ölkənin istehsalı olan müasir avadanlıq və cihazlarla təchiz olunub.
Dəyişən cərəyana keçid enerji resurslarına qənaətə, xərclərin azalmasına, təmir və texniki xidmətin optimallaşdırılmasına, istismarın etibarlılığının artırılmasına və nəticə etibarilə yük və sərnişin daşınmasının yaxşılaşmasına gətirib çıxaracaq.
Bizim.Media