“Bakı şəhərində baş verən əsas qəzalar piyadaların avtomobillə vurulmasıdır ki, bu da ümumi hadisələrin təxminən 52 faizini təşkil edir. Vaxtilə bu rəqəm 60 faizdən yüksək idi”.
Bunu Bizim.Media-ya açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov hazırda üstünlük təşkil edən yol-nəqliyyat qəzaları ilə bağlı məsələdən danışarkən deyib.
Onun sözlərinə Bakı şəhərində qeydə alınan yol-qəza hadisələri respublika üzrə ümumi hadisələrin təxminən 35-40 faizini təşkil edir:
MÖVZU İLƏ BAĞLI:
Təcili yardımlar niyə gecikir? - Səbəb açıqlandı
“İlbəil nəqliyyat vasitələrinin sayı artsa da yol-qəza hadisələrinin sayı azalır.. Bu da dövlət yol polisi əməkdaşlarının məqsədli, ardıcıl keçirdikləri təbliğat xarakterli profilaktiki və inzibati tədbilərin nəticəsdir.
Piyadalardan sonra sürət həddinin aşması, yolayrıcının keçilməsi və qarşı hərəkət zolağına çıxmaqla yol-qəza hadisələrinin baş verməsidir.
Vaxtilə sürət həddinin aşılması ilə bağlı nəticələnən yol qəzaları ümumi hadisələrin yarıdan çoxunu təşkil edirdisə, bu gün tətbiq edilən texnologiyaların hesabına 27-28 faiz təşkil edir”, - deyə qurum rəsmisi əlavə edib.
Alçina Amilqızı, Bizim.Media