Azərbaycanın tanınmış neyrocərrahı, hərbi həkim Azər Əkbərov vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, həkim uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.
Qeyd edək ki, A. Əkbərov Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında Cərrahiyyə ixtisası üzrə ixtisaslaşıb. Daha sonra Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında neyrocərrahiyyə üzrə uzmanlıq təhsili alıb.
Tibb xidməti mayoru olub, hərbi həkim kimi fəaliyyət göstərib. Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında, Respublika Diaqnostika Mərkəzində çalışıb.
Bizim.Media