Atalığı tərəfindən zorlanan 11 yaşlı qızla bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Atalığı tərəfindən zorlanan 11 yaşlı qızla bağlı YENİ XƏBƏR

47484

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İmişlidə atalığı tərəfindən zorlanan 11 yaşlı qızın son durumunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, qız və ailəsinin vəziyyətində irəliləyişlər var.

"Həmin qız davamlı şəkildə həm fiziki, həm də mənəvi travmalara məruz qalıb. Həmin travmalar onun psixoloji durumunda ciddi izlər buraxıb.
 

MÖVZU İLƏ BAĞLI:

Atalığı tərəfindən zorlanan 11 yaşlı qızla bağlı YENİ XƏBƏR


Hazırda Dövlət Komitəsinin və aidiyyəti qurumların dəstəyi ilə onun müalicəsi davam edir. Qız və ailəsi fərdi terapiyadan qrup terapiyasına keçiblər. Vəziyyətlərində müəyyən qədər yaxşılaşma hiss olunur. Onların yenə də psixoloji yardıma ehtiyacı var. 

Vəziyyəti nəzərə alınaraq, qız həftədə 3 dəfə müəssisə daxilində təhsilə cəlb olunub. Terapiya başa çatdıqdan sonraki durum bizə hansı addımların atılmalı olduğunu göstərəcək.

Bundan sonra istəsə öz ailəsinə və ya oxuduğu məktəbə qayıda bilər. Məqsədəuyğun olmasa digər məktəbdə təhsili davam etdirəcək. Ailənin bugünə qədər olduğu mühitdən tamam ayrı mühitdə yaşamasına çalışacağıq", - deyə açıqlamada qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin