“Əgər bu gün bələdiyyənin verdiyi sənədin hüququ yoxdursa, niyə bu qurum fəaliyyət göstərməlidir ki?”.
Bizim.Media xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
"Böyük Qayıdış çox gözəl, bəs boşalmış rayonlara kiçik qayıdışı necə edək?" – Fazil Mustafadan həll yolu
O bildirib ki, dövlət büdcəsindən bu quruma 11 milyon pul ayrılır:
“Ancaq Sosial Müdafiə Nazirliyi gözləyir ki, pul ayrılsın onu mənimsəsinlər”. (Bələdiyyələrin Əmək və Müdafiə Nazirliyinə borcu var, büdcədən onlara pul ayrılanda nazirlik avtomatik borca çıxır - red).
Fazil Mustafa qeyd edib ki, konstitusiyaya görə bələdiyyə Milli Məclisə hər il hesabat verməlidir.
“Lakin mən indiyə qədər görməmişəm ki, hansısa bələdiyyə parlamentdə hesabat versin”.
Vüsalə Balayeva, Bizim.Media