“İrəvan və Bakı sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiyanın yaradılması haqqında sənəd imzalaya bilər”.
Bizim.Media "Sputnik Ermənistan"-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan: "Azərbaycan və Ermənistan arasında təmaslar genişləndirilməlidir"
O, Rusiya ilə birlikdə regionda toqquşmaların qarşısını almağa kömək edəcək format yaratmağa nail olacaqlarına ümid etdiyini deyib:
“Delimitasiya və demarkasiya prosesi mozaikaya bənzəyir. Zaman-zaman məqbul görünən təkliflər olur, lakin sonra təfərrüatlara daha dərindən gedərkən məlum olur ki, bunu yerinə yetirmək mümkün deyil”.
Bizim.Media