Vaksinasiya müxtəlif infeksiyalara qarşı orqanizmi qoruyur. Kütləvi peyvəndləmə isə cəmiyyətdə virusa qarşı immunitet formalaşdırır. Faydalarına rəğmən vaksinasiya ilə insanlarda xeyli suallar mövcuddur.
Bu səbəbdən də Bizim.Media maraqlı məlumatlar toplayıb. Əsasən sol çiyinə vaksin olunsaq da, peyvəndlənmənin bir neçə üsulu mövcuddur:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda bu xəstəxanalarda müalicə PULSUZ OLDU - SİYAHI
Əzələdaxili
Sürətli immunitet yaradılmasının ən populyar üsuludur. Allergiya riskləri də minimumdur.
⦁ 2 yaşa qədər körpələrin çanağının yan hissəsinə;
⦁ 2 yaşından böyük uşaqlara isə çiyinə vurulur.
Peroral (ağızdan)
Əsasən mövsümi viruslar zamanı ağız yolu ilə qəbul olunur. Azyaşlıları şirniyyatla da aldadıb bu cür vaksinləyirlər. Rahat variantdır, amma nə qədər dozanın orqanizmə daxil olduğunu dəqiq bilmək olmur deyə, bəzən az effektli təsiri mümkündür.
Dərialtı və dəriüstü
Bu yolla əsasən vərəmə qarşı vaksinasiya aparılır. Xüsusi iynə ilə çiyinə və çiyinin ön hissəsinə daxil edilir.
Dərialtı üsulda “canlı” vaksinlərdən istifadə olunur. Bu peyvəndi kürək, çanağın yan hissəsi, çiyinə vurmaq olar.
İntranazal (burun)
Preparat buruna damcıladılır. Peyvənd maye və krem halında da ola bilər. Qripdən qorunmanın optimal yoludur.
Koronavirus vaksinasiyasına gəlincə, bu peyvəndlər əzələdaxili üsulla vurulur və əsasən çiyinə. Əslində birinci peyvənd sol çiyinə vurulubsa, 21 gün sonra ikinci doza sağ çiyinə də daxil edilə bilər. Bu, pasientin istəyinə bağlıdır. Amma çox vaxt həkimlər əks-effekt və s. fəsad risklərinə görə peyvəndi ilk doza vurulan çiyinə daxil edirlər.
Səbəb həmin vətəndaşın iş qabiliyyətinə mənfi təsir etməməkdir.
Vaksin daxil edilən hissə limfa düyünlərinə yaxın nöqtə seçilir ki, orada immun sisteminin formalaşması prosesi gedir. Sol tərəfdə limfa düyünləri yoxdursa, peyvənd sağa da vurula bilər.
Qoltuqdakı şişkin limfa düyünlər qadınlarda döş xərçənginə də dəlalət edir deyə peyvənd həkimlə müzakirə olunur və çanağın yan hissəsinə də vurulması mümkündür.
Bizim.Media