Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verdi - FOTO

Hazırda oxunan: Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verdi - FOTO

47258

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şimali Makedoniyaya başsağlığı verib.

Bizim.Media xəbər verir ki, XİN-in tviter paylaşımında deyilir:

“Bolqarıstanın qərbində magistral yolda avtobusun qəzaya uğraması nəticəsində əksəriyyəti Şimali Makedoniyadan olan turistlər olmaqla onlarla insanın həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Faciəli qəzada həlak olanların ailələrinə, Şimali Makedoniya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, Bolqarıstanda avtobusun yanması nəticəsində 12-si uşaq olmaqla 46 nəfər Şimali Makedoniya vətəndaşı həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin