“Bakı Fond Birjası” QSC ilə (BFB) Türkiyənin “İstanbul Fond Birjası”nın (“Borsa İstanbul”) əməliyyat sistemləri inteqrasiya ediləcək.
Bizim.Media xəbər verir ki, bunu BFB-nin Biznesin inkişafı qrupunun rəhbəri Emil Babayev bildirib.
“Biz daim “Borsa İstanbul”la əlaqədəyik və son vaxtlar bu əlaqələri daha da genişləndirmişik. Orada listinqdə olan qiymətli kağızların BFB-də ticarətə buraxılmasına hazırıq, sadəcə müəyyən hüquqi və texniki işlər həyata keçirilməlidir. Bu məsələlər tezliklə həll olunacaq”, - deyə o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:09 / 23.11.2021
Bakı və İstanbul fond birjaları arasında daha bir ANLAŞMA
Hazırda oxunan: Bakı və İstanbul fond birjaları arasında daha bir ANLAŞMA
Hazırda oxunan: Bakı və İstanbul fond birjaları arasında daha bir ANLAŞMA
47254
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.