Oktyabrın 19-da Donetsk vilayətinin Slavyansk kəndinin 56 yaşlı sakini Ermənistan vətəndaşı olan 47 və 50 yaşlı iki qardaşa kömək üçün müraciət edib. O, ermənilərdən xahiş edib ki, ona 300 qriven borcu olan tanışı ilə görüşsünlər və məsələni həll etsinlər.
Bizim.Media “Depo.Donbass” nəşrinə istinadən xəbər verir ki, bu haqda informasiyanı Donetsk Regional Prokurorluğunun mətbuat xidməti yayıb.
Mənbə yazır ki, lakin hər şey tərsinə olub. Qardaşlar probleminin həll edilməsini istəyən müştəridən pul tələb ediblər.
Və istəklərinə nail olmaq üçün onu iki dəfə avtomobillə meşə zolağına aparıblar və fiziki zorakılıqla hədələyiblər.
Zərərçəkən qorxaraq dəfələrlə bank kartından nağd pul çıxararaq ermənilərə verib. Ümumilikdə, qardaşlar bu şəxsdən 65 min qriven alıblar.
"Növbəti məbləğin alınması zamanı ermənilər saxlanılıb. Məhkəmə hər iki xarici vətəndaşa 24 saat ev dustağı olmaq şərtilə həbs qətimkan tədbiri seçib". Mesajda deyilir.
Bizim.Media