2021-ci ilin III rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 5533 nəfər olub.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 50,9 faizi tikintidə, 12,7 faizi mədənçıxarma sənayesində, 7,2 faizi emal sənayesində, 5,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 4,1 faizi təhsil, 2,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi və 12,4 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:34 / 23.11.2021
Azərbaycanda işləyən əcnəbilərin sayı açıqlandı
Hazırda oxunan: Azərbaycanda işləyən əcnəbilərin sayı açıqlandı
Hazırda oxunan: Azərbaycanda işləyən əcnəbilərin sayı açıqlandı
47226
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.