Tehranda xalq "Xameneiyə ölüm" şüarı ilə küçələrə axışdı - VİDEO

Hazırda oxunan: Tehranda xalq "Xameneiyə ölüm" şüarı ilə küçələrə axışdı - VİDEO

47116

Tehranda Ukrayna sərnişin təyyarəsinin vurulmasında günahlandırılanların məhkəməsinin keçirilməsi ilə bir vaxtda, həyatını itirənlərin ailələri Tehran Hərbi Məhkəməsinin binası önündə etiraz mitinqi təşkil ediblər.

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, ailələr əllərində ölən ailə üzvlərinin şəkilləri ilə yanaşı, üzərində "məhkəməyə qədər cinayət işini öyrənmək bizim təbii və qanuni haqqımızdır" yazılmış plakatlarla çıxış ediblər.

İctimai şəbəkələrdə geniş yayılmış videolarda bəzi etirazçıların "Xameneiyə ölüm", "İslam Respublikasına ölüm" şüarları səsləndirdiyi görünür. 

Mitinqdə habelə etirazçılardan biri SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı Əmirəli Hacızadəni sərt tənqid edib.

Qeyd edək ki, göyərtəsində 176 nəfər olan Boeing 737 sərnişin təyyarəsi Tehran hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra SEPAH tərəfindən "səhvən" vurulub.

Bizim.Media

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin