Erməni iş adamı Serj Sarkisyana rüşvət verib – Sabiq prezident Korrupsiya Komitəsinə çağırıldı

Hazırda oxunan: Erməni iş adamı Serj Sarkisyana rüşvət verib – Sabiq prezident Korrupsiya Komitəsinə çağırıldı

47108

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan təqsirləndirilən şəxs qismində Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə dindirilmək üçün çağırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının vəkili Amram Makinyan Facebook səhifəsində informasiya yayıb.

“Bu, 2018-ci ilin noyabrında müxtəlif vaxtlarda yüksək vəzifəli məmurlara rüşvət verdiyini bildirən bədnam iş qadını Silva Hambardzumyanın cinayət işidir. Bundan əvvəl Hambardzumyan Sarkisyana rüşvət vermədiyini və onunla tanış olmadığını bildirib. İndi isə fikrini dəyişib”, deyə o, qeyd edib. 

“İndiki hakimiyyət özünü tamamilə biabır etmək qərarına gəlib. Absurd odur ki, sahibkar Silva Hambardzumyanın ifadəsindən üç il yarım keçdikdən sonra hakimiyyət qəfil qərara gəlib ki, o, Sarkisyan da daxil olmaqla, bir çoxlarına rüşvət verib”, – vəkil bildirib.
 

“Bu işdə iki il əvvəl Sarkisyan şahid qismində dindirilib və indiyədək hüquqi aspektdə heç bir yeni hal yaranmayıb”, - Makinyan vurğulayıb.


Vəkil əminliklə qeyd edib ki, işə baxan müstəntiqlər hakimiyyət nümayəndələrindən fərqli olaraq bu “biabırçılığa” düzgün qiymət verəcəklər.

Xatırladaq ki, hələ 2018-ci ilin noyabrında biznesmen Silva Hambardzumyan keçirdiyi mətbuat konfransında Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Sarkisyanı rüşvət almaqda ittiham etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin