Ticarət dövriyyəsi 21 milyard manatı keçdi - 16,8 faizlik artım

Hazırda oxunan: Ticarət dövriyyəsi 21 milyard manatı keçdi - 16,8 faizlik artım

47060

Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-sentyabr aylarında topdansatış ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,8 faiz artaraq 21 milyard 293 milyon manata bərabər olub.

Bizim.Media xəbər verir ki, bu rəqəmlər Dövlət Statistika Komitəsinin məlumatında yer alıb.

Qeyd olunub ki, ticarət dövriyyəsinin 28,7 faizini ərzaq məhsulları, 9,6 faizini içkilər və tütün məmulatları, 16,9 faizini əczaçılıq məhsulları və tibbi ləvazimatlar, 10,1 faizini yanacaqlar, 7,5 faizini toxuculuq məhsulları, geyim və ayaqqabılar, 1,6 faizini kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 1,3 faizini elektrik malları və mebellər, 24,3 faizini isə digər qeyri-ərzaq malları təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin