Şahin Mustafayev İranın xarici işlər naziri ilə nələri müzakirə etdi? - DETALLAR

Hazırda oxunan: Şahin Mustafayev İranın xarici işlər naziri ilə nələri müzakirə etdi? - DETALLAR

47031

Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb.

Hüseyn Əmir Abdullahian Azərbaycan torpaqlarının işğaldan azad olunması və Zəfər Gününün ildönümü münasibətilə təbriklərini çatdırıb, İranın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

Azərbaycanın ərazi bütövlüyünə İranın davamlı dəstəyini və prinsipial mövqeyini vurğulayan Əmir Abdullahian, İran şirkətlərinin işğaldan azad olunmuş Azərbaycan torpaqlarının yenidənqurulması və bərpası işlərində iştirak etməyə hazır olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İran Naxçıvana qaz verəcək - Şahin Mustafayevin TEHRANDA konstruktiv görüşü


Bizim.Media xəbər verir ki, görüşdə iki ölkə arasında fəaliyyət göstərən Hökumətlərarası Dövlət Komissiyasının əhəmiyyəti qeyd olunub və komissiyanın aktiv fəaliyyətindən məmnunluq ifadə edilib.

İki ölkə arasında iqtisadi-ticari əlaqələrin, neft-qaz, turizm, nəqliyyat, energetika, tranzit daşımaları, birgə sənaye və investisiya layihələri, informasiya kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın davamlı inkişafı üçün səylərin daha da artırılması və görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Görüşdə həmçinin, regiondakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin