Peskov Ərdoğana təqdim edilən türk dünyası xəritəsindən danışdı: “Təəssüf edirəm ki...” - VİDEO

Hazırda oxunan: Peskov Ərdoğana təqdim edilən türk dünyası xəritəsindən danışdı: “Təəssüf edirəm ki...” - VİDEO

0:00
0:00
47000

Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etdiyi xəritədə türk dünyasının mərkəzində hələ də böyük qırmızı ulduzun olmadığından təəssüfləndiyini bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin nümayəndəsi “Rossiya-1” telekanalının efirində yayımlanan “Moskva. Kreml. Putin” verilişində jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən deyib.

“Türkiyəli tərəfdaşlarımız türk birliyi ideyasını inkişaf etdirirlər. Bu normaldır. Təəssüf edəcəyim yeganə şey odur ki, türk dünyasının mərkəzində hələ də xəritədə böyük qırmızı ulduz yoxdur”, - Peskov bildirib. 

Kreml sözçüsü vurğulayıb ki, bu mərkəz “Türkiyədə deyil, Rusiya Federasiyasının ərazisində, Altaydadır”.


Peskov aydınlıq gətirib ki, bura “hər hansı bir türk üçün müqəddəs yerdir. Mən bunu bir türkoloq kimi deyirəm”, - deyə o vurğulayıb.

Bundan əvvəl MHP-nin Twitter hesabında Ərdoğan və Baxçalının əllərində saxladığı və türk dünyasının xəritəsini xatırlatdığı foto yayılıb. Şəkildə Rusiya ərazisinin əhəmiyyətli bir hissəsi ona aid edilib.

Baxçalının sözlərinə görə, “Türk dünyası”na Rusiyanın cənub bölgələrinin bir hissəsi, Şərqi Sibir, o cümlədən Balkanlar, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Çinin Sincan-Uyğur Muxtar Vilayəti, Monqolustan və İran daxildir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin