Şamaxıda zəlzələlərdən sonra \"afterşok\"lar davam edib - RƏSMİ

Hazırda oxunan: Şamaxıda zəlzələlərdən sonra \"afterşok\"lar davam edib - RƏSMİ

46953

Noyabrın 20-də Şamaxıda baş verən əsas təkanlardan sonra bir neçə afterşok qeydə alınıb. Həmin afterşoklar zəif təkanlardır və hissedilən deyil. Onlar arasında maqnitudası 2-2.5 və ondan aşağı olanlar da var. Hazırda afterşoklar davam edir. Nə qədər davam edəcəyi zəlzələ ocağının vəziyyətindən asılıdır. Şamaxıda qeydə alınan zəlzələlər orta güclü zəlzələlər olduğundan onlardan sonra afterşokların davam etməsi təbii haldır.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Daxili İşlər Nazirliyindən zəlzələ ilə bağlı AÇIQLAMA


V.Rafiqqızı bildirib ki, hazırda RSXM-nin zəlzələlərin tədqiqatı bürosunun əməkdaşları tərəfindən proses izlənilməkdə davam edir.

Qeyd edək ki, noyabrın 20-də Şamaxı rayonunda maqnitudası 5.1 və 4.5 olan iki zəlzələ qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin